Kafedrada 2018-2019-cu illər ərzində:
“Aviasiya meteorologiyası” kafedrasında Milli Aviasiya Akademiyasının 2016-2020-ci illər üçün Elmi-Tədqiqat və Təcrübi-Konstruktor İşlərinin planına əsasən 2018-2019 tədris ili ərzində müəyyən edilmiş elmi isitiqamətlər üzrə aşağıdakı tədqiqatlar davam etdirilmişdir:
1. Dayanıqsızlıq şəraitində müşahidə edilən təhlükəli meteoroloji hadisələrin rəqəmsal proqnoz modelləri vasitəsilə təhlili və proqnozu üzrə tədqiqatlar davam etdirilmişdir. Atmosferin dayanıqsızlıq şəraitini qiymətləndirmək və ildırımı proqnozlaşdırmaq üçün dayanıqsızlıq indeksləri (Vaytinq, Total-Totals, Thompson, Showalter, Lifted, S, CAPE və s.) istifadə edilir. Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisi üçün sadalanan indekslərin hesablanmasında model məlumatları (2005-2018-ci illər) istifadə edilmiş və statistik sıralar hazırlanmışdır. Məlumatları dəqiq emal etmək üçün C# (C Sharp) proqramlaşdırma dilindən istifadə etməklə, müvafiq proqram təminatı yaradılmışdır. Proqram indeksləri hesablamaq üçün lazım olan meteoroloji parametrləri seçir və hesablayır. Proqramdan istifadə Aviasiya Meteoroloji Mərkəzində hava proqnozlarının operativliyinin artırılmasına və vaxta qənaət etməyə imkan verir ki, bu da sinoptiklər üçün əlavə köməkçi vasitə rolunu oynayır. Proqram təminatı və onun praktiki üstünlükləri tələbələrə tədris zamanı öyrədilmiş və onun vasitəsilə məşğələ dərslərində praktiki tapşırıqlar həll edilmişdir.
2. Hava limanları ərazisində aviasiya emissiyasının ətraf mühitə yayılmasının hesablanması üzrə tədqiqatlar davam etdirilmişdir. Azərbaycan Respublikası ərazisində yerləşən hava limanlarında konkret tip hava gəmiləri nümunələri misalında (Aerobus-A320 və Boeing-757) ətraf mühitə və mövcud şəraitdə meteoroloji amillərin hava gəmilərinin uçuş şəraitinə təsiri istiqamətində işlər yerinə yetirilmişdir. Qeyd edilən təyyarələrin uçuş məlumatlarından istifadə edilərək emissiyaların miqdarının dəyişmə xüsusiyyətləri öyrənilmişdir. Alınan nəticələrin müqayisəli təhlili aparılmış və uçuşlar üçün daha optimal vəziyyət seçilmişdir.
Temperatur və təzyiqin eyni saatlarda günlər üzrə dəyişməsi paralel olaraq təyyarənin qaçış məsafəsinin və hava gəmilərinin uçuş və eniş kütlələrinin dəyişməsinə səbəb olur. Belə ki, qaçış məsafəsi ilin soyuq aylarında 150 m, yay aylarında 100 m-ə qədər fərq verir. Boeing-757 təyyarəsinin Aerobus-A320 təyyarəsinə nisbətən ilin soyuq aylarında qaçış məsafəsinin daha çox fərq verdiyi müəyyən olunmuşdur.
Hava gəmilərində ilin soyuq aylarında uçuş-eniş kütlələri standart atmosferə nisbətən 10% artır. İlin isti aylarında isə əksinə bu göstərici aşağı düşür. Qeyd edilən dəyişiklik hava limanı ərazisində emissiyaların miqdarının dəyişməsinə və yayılma sürətinə təsir göstərir.
Nəşr edilən metodiki vəsaitlər, dərs vəsaitləri və dərsliklər:
1. N.Ə. Paşayev, M.S. Həsənov, N.S. Bababəyli və b. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. II Cild. İqtisadi və sosial coğrafiya – Naxçıvan: 2018, 384 s.
2. N.Ş. Hüseynov, A.X. Hacıyev, B.M. Məlikov. Aviasiya meteoroloji məlumatları və onların təhlili – Bakı: 2019, 55 s.
3. S.H. Səfərov. İqtisadi meteorologiya – Bakı: 2019, 134 s.
4. N.Ə. Paşayev. Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi – Bakı: "Avropa", 2018, 372 s.
Nəşr edilmiş elmi məqalələr və tezislər:
1. N.Ş. Hüseynov, A. Ağayeva. Heydər Əliyev beynəlxalq aeroportu ərazisində konvektiv proseslərlə əlaqədar olan atmosfer hadisələrinin statistik təhlili // AMEA-nın Xəbərləri, 2018, c.10, №4, s.98-102.
2. N.Ş. Hüseynov, M.F. Süleymanov. Gəncə-Qazax bölgəsində ildırım proseslərinin çoxillik dəyişmə tendensiyası və onun aviasiya uçuşlarına təsirinin təhlili // Bakı: MAA Elmi Əsərləri, 2018, №2, s.170-177.
3. N.Ş. Hüseynov, A.X. Hacıyev. Nowcasting hava proqnozları və onların təhlili // MAA Elmi Əsərləri, 2018, №2, s.91-96.
4. R.N. Mahmudov. Azərbaycanda dağ turizmi inkişaf edən Şahdağ- Tufandağ-Bazardüzü ərazilərinin hidrometeoroloji şəraitinin tədqiqi / Respublika elmi-praktiki konfransının materialları. Bakı, 22 dekabr 2018, s.206-210.
5. R.N. Mahmudov. Regional climate changes and hydrometeorological hazards in Azerbaijan / REA-nın Coğrafiya İnstitutunun 100 illiyi. M.: 2018, s.25-27.
6. S.H. Səfərov. Azərbaycan Respublikasının qərb ərazilərində uzunmüddətli temperatur dəyişmələrinin xüsusiyyətləri // Bakı, MAA Elmi Əsərləri, 2018, № 1, s.108-115.
7. С.Х. Сафаров. Радиолокационное исследование различных механизмов oбразования селевых потоков ливневого генезиса на территории Азербайджана // II Всероссийская научная конференция.
«Современные проблемы дистанционного зондирования, радиолокации, распространения и дифракции волн». Муром, 2018, c.562-566.
8. С. Х. Сафаров. Сильное градовое явление и селевой поток, наблюдавшихся на территории Гобустанского района Азербайджанской Республики 1 июня 2017 г. / Доклады V конференции «Селевые потоки: катастрофы, риск, прогноз, защита». Тбилиси, 1-5 октября 2018, с.559-563.
9. S.H. Safarov. The strong hailstorm events, occured in the western part of Azerbaijan in June 2017 / Eurasian GIS Conference. Baku, 2018, p.81.
10. С.Х. Сафаров. The air temperature changes on the western territories of Azerbaijan Republic and their possible consequences / Доклады III международной научной конференции с элементами научной школы
«Инновационные методы и средства исследований в области физики атмосферы, гидрометеорологии, экологии и изменения климата». Ставрополь, 24-28 сентября 2018, с.217-219.
11. N.Ə. Paşayev, A.M. Namazova. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyinin təsərrüüfatının ərazi təşkilinə təsiri // AzTU-nun Elmi Əsərləri 2018, №3, s.162-168.
12. M.F. Süleymanov. Gəncə-Qazax bölgəsində külək rejiminin çoxillik dəyişmə xüsusiyyətləri və onun aviasiya uçuşlarına təsirinin qiymətləndirilməsi // Azərbaycan Coğrafiya Cəmiyyətinin “Coğrafiya və Təbii Resurslar” jurnalı, 2018, №2, s.57-60.
Kafedra bakalavr və magistrantları 7-8 may 2019-cu ildə Heydər Əliyevin anadan olmasının 96- cı il dönümünə həsr olunmuş “Azərbaycanda nəqliyyatın inkişaf problemləri” mövzusunda XXI Elmi-Texniki Tələbə Konfransında hidrometeorologiyaya dair tezizlərlə çıxış etmişlər.
Kafedrada 2019-2020-ci illər ərzində:
“Aviasiya meteorologiyası” kafedrasında Milli Aviasiya Akademiyasının 2016-2020-ci illər üçün Elmi-Tədqiqat və Təcrübi-Konstruktor İşlərinin planına əsasən 2019-2020 tədris ili ərzində müəyyən edilmiş elmi isitiqamətlər üzrə aşağıdakı tədqiqatlar üzrə araşdırmalar davam etdirilmişdir:
1. Dayanıqsızlıq indekslərinin ödənişliyinin ərazi üzrə qiymətləndirilməsi;
Bu elmi istiqamət üzrə tədris ili ərzində atmosferin dayanıqsızlığını qiymətləndirmək və ildırımı proqnozlaşdırmaq üçün tətbiq edilən dayanıqsızlıq indekslərinin (Vaytinq, Total-Totals, Thompson, Showalter, Lifted, S, CAPE və s.) yekun statistik cədvəlləri tərtib edilmişdir. İndekslərin ödənişlikləri ərazi üzrə qiymətləndirilmiş və konvektiv hadisələrin proqnozlaşdırılmasında bilavasitə istifadə edilir. Ödənişlik göstəriciləri xüsusi Excel proqramı vasitəsilə kompleksləşdirilmişdir.
2. Aviasiya emissiyalarının hava limanlarının havasının keyfiyyətinə təsirinin təhlili.
Elmi istiqamət üzrə tədris ilində hava limanları üzrə emissiyaların zərərli tullantılarının ətraf mühitə, o cümlədən, iqlim amillərinə təsiri kəmiyyət və keyfiyyət baxımından təhlil edilmişdir. Zərərli tullantıların kəmiyyət göstəriciləri respublikanın beynəlxalq ucuş trasları və hava limanları üzrə statistik təhlil edilməklə yanası, onların qaz tərkibinə görə paylanmaları öyrənilmişdir. Statistik göstəricilərin təhlilindən əldə edilən nəticələr atmosferin kimyəvi tərkibinin dəyişmə tendensiyasının qiymətləndirilməsi baxımından əhəmiyyətli olacaqdır. Bu zaman hava limanları ərazisində, havanın kimyəvi tərkibinin keyfiyyyət göstəriciləri müəyyən hava gəmilərinin tullantılarının miqdarı üzrə qiymətləndirilmişdir.
Nəşr edilən metodiki vəsaitlər, dərs vəsaitləri və dərsliklər:
1. S.H. Səfərov “Azərbaycan ərazisində armosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) təşkili və aparılması üzrə metodiki göstərişlər”. 2019. 19 s., Metodiki göstəriş.
2. S.H. Səfərov İqtisadi hidrometeorologiya. Bakı 2019, 136 s., Dərs vəsaiti.
3. R.N. Mahmudov Turizm sənayesində risklər. Turizm və Menecment Universitetinin nəşri. Bakı, 2020., 16 s., Metodik vəsait.
4. R.N. Mahmudov Turizmdə elmi tədqiqat metodları. Turizm və Menecment Universitetinin nəşri. Bakı, 2020.,17 s., Metodik vəsait.
5. R.N. Mahmudov Azərbaycanın turizm destinasiyaları. Turizm və Menecment Universitetinin nəşri. Bakı, 2020.,14 s., Metodik vəsait.
6. R.N. Mahmudov Turizm sənayesində rəqabətlilik. Turizm və Menecment Universitetinin nəşri. Bakı, 2020., 12 s., Metodik vəsait.
Nəşr edilən elmi məqlələr və tezislər:
1. Н.Ш. Гусейнов, А. Агаева. Применения индексов неустойчивости атмосферы к оперативному прогнозированию грозы на основе модельных данных// Ученые записки Российского Государственного Гидрометеорологического Университета. 2019 год. Санкт Петербург №56. Стр. 30-37.
2. N.Ş.Hüseynov, A.A.Ağayeva. Abşeron yarımadası üzərində ildırımlı şəraitin qiymətləndirilməsi // Azərbaycan Hava Yolları QSC, Milli Aviasiya Akademiyası. Elmi məcmuələr. 2019-cu il. Cild 21, №2, səh. 98-102.
3. S.H. Səfərov Features of seasonal changes of the Caspıan Sea level // ANAS Transactions, Earth Sciences 1/2019,41-47.
4. S.H. Səfərov Современные изменения атмосферных осадков на Каспийском побережье Азербайджана // Океанологические исследования, Москва, 2020, Том 48, № 1, С. 27–44. DOI: 10.29006/1564–2291.JOR–2020.48(1).2.
5. S.H. Səfərov Механизмы образования селевых потоков ливневого генезиса на территории Aзербайджана. / Международной научно-практической конференции «Глобальные климатические изменения: региональные эффекты, модели, прогнозы» (Воронеж, Россия, 3 - 5 октября 2019 г.), Том 1, С. 501-505.
6. Paşayev N.Ə. Naxçıvan Muxtar Respublikasının davamlı inkişafında nəqliyyat-iqtisadi əlaqələrin rolu. Bakı Universitetinin Xəbərləri. Təbiət elmləri seriyası №4. Bakı-2019, səh.76-83 (Z.T.İmrani ilə həmmüəllif).
7. Paşayev N.Ə. Şəki rayonunun sənaye sahələri və onun ərazi təşkili. Coğrafiya və təbii resurslar, №1 (11), Bakı-2020, səh.49-53 (N.B.Ərtünovla həmmüəllif).
8. Paşayev N.Ə. Türk Dünyasının coğrafiyası və etnosu. II cild İqtisadi və sosial coğrafiyası, Monoqrafiya. Bakı-2020, 340 səh. (N.H.Əyyubov, Z.N.Eminov, Z.T.İmrani, M.S.Həsənov və G.R.Ağakişiyeva ilə həmmüəllif).
9. R.N. Mahmudov Turizm sənayesində risklər və onun qiymətləndirilməsinin elmi əsasları. Turizm və rekreasiya XXI əsrdə problemlər və perspektivlər IV Beynəlxalq Elmi Praktik konfransın materialları, Bakı 03-04 may 2019, səh.34-38.
10. R.N. Mahmudov Azərbaycanda qlobal iqlim dəyişmələrinin hidrometeoroloji şəraitə təsiri. Coğrafiyanın müasir problemləri Respublika elmi komfransının materialları 24-25 oktyabr 2019, səh.8-14.
11. .N. Mahmudov Respublika çaylarında, göllərində, su anbarlarında suyun çirklənmə səviyyəsinin tədqiqi (2018 –ci il). Coğrafiya və təbii resurslar Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri 2020 səh.32-37.
12. R.N. Mahmudov Türk dünyasının dağ buzlaqları. AMEA–nın Coğrafiya İnstitutunun nəşri , Bakı, 2019 səh. 225-235.
Kafedrada təhsil alan magistrantlar 3-5 fevral 2020-ci ildə “Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda 5-ci Beynəlxalq Elmi-Praktiki Gənclər Konfransında “Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin statistik təhlili” və “Azərbaycanın qərb ərazilərində baş vermiş temperatur dəyişmələrinin dolu hadisələrinə təsiri” mövzularında tezislərlə iştirak etmişlər.
Kafedranın elmi-tədqiqat işləri üzrə fəaliyyəti Milli Aviasiya Akademiyasının Elmi-Tədqiqat və Təcrübi-Konstruktor İşlərinin planı çərçivəsində 2021-2025-ci illər üçün aşağıda qeyd edilən elmi istiqamatlər prioritet qəbul edilmişdir:
Problem 1.:
Aviasiya üçün hava şəraitinin müasir proqnoz metodlarının işlənilməsi.
Mövzu:
Hava proqnozlarının tərtib olunmasında rəqəmsal proqnoz üsullarının tətbiqi.
2021-ci il üçün nəzərdə tutulan mərhələ:
Külək parametrlərinin müasir rəqəmsal proqnoz üsulları ilə proqnozlaşdırılması.
Elmi işin mərhələ üzrə mahiyyəti: Elmi işin mahiyyəti ədədi proqnoz üsullarının tətbiqi ilə küləyin parametrlərinin proqnozunun tərtib edilməsidir. Məlumdur ki, meteoroloji elementlərin proqnozu məqsədilə bir çox üsullar mövcuddur. Bu üsullar müvafiq olaraq sinoptik, statistik və ədədi üsullardır. Hal- hazırda meteoroloji elementlərin, o cümlədən küləyin xarakteristikalarının ən geniş tətbiq edilən, aktual proqnoz üsulu mürəkkəb hidrotermodinamika tənliklərinin həlli əsasında ədədi-rəqəmsal üsullarla proqnozdur. Proqnoz modelləri vasitəsilə meteoroloji elementlərin 10 gün əvvəlcədən rəqəmsal proqnozları tərtib edilir. Bu üsulun ödənişliyi çox yüksək olmaqla, hal-hazırda Azərbaycan Respublikasının hava məkanında mülki aviasiya uçuşlarının meteoroloji təminatında geniş istifadə edilir.
Elmi işin mərhələ üzrə hesabatı: Küləyin xarakteristikalarının ədədi- rəqəmsal proqnoz metodlarının tətbiqi ilə proqnozu digər proqnoz üsulları ilə müqayisədə daha etibarlıdır. Ədədi proqnoz üsulları ilə küləyin paramerlərinin proqnozu zamanı bir çox veb. portalların (windy.com, ventysky, meteoblue, accuweather və s.) məhsullarından, imkanlarından istifadə edilmişdir. Veb portallar vasitəsilə proqnozçu presonal, mövzu üzrə məşğul olan tədqiqatçılar müxtəlif ədədi proqnoz modellərinin (ECMWF, WRF, NAM, COSMO, ICON, GFS və s.) tətbiqi ilə müqayisəli ansambl proqnozlarının tərtib edilməsini təmin edə bilirlər.
Elmi işin mərhələ üzrə nəticəsi:
Veb. portalların resurslarından istifadə etməklə, proqnoz modelləri vasitəsilə küləyin, hava cərayanlarının istiqamətinin, hava axınlarının trayektoriyalarının, onların yerdəyişmə sürətinin müəyyən edilməsi, proqnozu ilə yüksək, etibarlı nəticələr əldə edilmişdir. Bu proqnozların ödənişlik göstəriciləri 85-90% və bəzi hallarda daha yüksəkdir.
Elmi istiqamət üzrə nəşr olunan elmi məqalələr və tezislər:
1. N.,Ş. Hüseynov, S.N. Qocayeva “Meteoroloji kəmiyyətlərin sahə xarakteristikalarının hesablanmasının əsas xüsusiyyətləri” (Təbiət və Elm jurnalı, 2020, №04/05.).
2. N.,Ş. Hüseynov, S.N. Qocayeva “Ədədi proqnoz modelləri vasitəsilə atmosfer proseslərinin qiymətləndirilməsi” (Milli Aviasiya Akademiyası, Fevral məruzələri, 2021).
Problem 2:
İqlimdə baş verən müasir tendensiyaların qiymətləndirilməsi.
Mövzu:
Azərbaycan ərazisində baş verən müasir iqlim dəyişmələrinin müxtəlif metodlarla təhlili.
2021-ci il üçün nəzərdə tutulan mərhələ:
İşgaldan azad edilən ərazilərin müasir iqlim xüsusiyyətlərinin təhlili.
Elmi işin mərhələ üzrə mahiyyəti:
30 ilə yaxın bir müddət idi ki, Azərbaycan Respublikasının ərazisinin 20%- dək hissəsi Ermənistan ordusu tərəfindən işğal edilmişdi. İşğal dövrü ərzində ərazidə bütün sahələrdə tədqiqatların, o cümlədən hidrometeoroloji tədqiqatların aparılması da mümkünsüz olmuşdur. Məhz bu baxımdan da respublikanın 20%- dək ərazisində müasir iqlim tədqiqatlarının aparılması, ərazi üzrə baş verən müasir iqlim dəyişmələrinin tendensiyalarının aşkarlanması üzrə araşdırmaların bərpasına və yenidən aparılmasına ciddi zərurət vardır.
Elmi işin mərhələ üzrə hesabatı:
Ərazi üzrə bərpa işlərinin sürətli təşkili, tamamilə dağıdılmış infrastrukturun yenidən və müasir tələblərə cavab verən tərzdə qurulması ərazidə hava limanlarının inşasını zəruri etmişdir. İşğaldan azad edilən ərazilərdə müasir tələblərə cavab verən beynəlxalq hava limanlarının tikintisi ən prioritet məsələlərdən biridir. İnşa edilən beynəlxalq hava limanlarında uçuşların meteoroloji təminatının təşkili ilə ərazidə avtomatik meteoroloji müşahidələrin bərpa edilməsi tam təmin ediləcəkdir. Buna nümunə olaraq Füzuli rayonu ərazisində inşa edilən Füzuli Beynəlxalq Hava Limanının tam istifadəyə verilməsini qeyd etmək olar. Hava limanında bütün müasir tələblərə cavab verən AWOS avtomatik meteoroloji stanasiyasının istismarı ərazidə meteoroloji müşahidələrin keyfiyyətli bərpa edilməsini təmin etmişdir. Bundan başqa işğaldan azad edilən ərazilərdə Laçın və Zəngilan hava limanlarının tikintisi də sürətlə davam etdirilir. Hər üç hava limanının meteoroloji məlumatlarının elektron arxivinin formalaşması ərazidə iqlim dəyişmələrinin müasir tendensiyalarının qiymətləndirilməsini, iqlim ehtiyatlarından səmərəli istifadəni, uçuşların meteoroloji təminatının keyfiyyətli təşkilini təmin edəcəkdir.
Mərhələ üzrə elmi nəticələr:
İşgaldan azad edilən ərazilərin müasir iqlim xüsusiyyətlərinin təhlili zəruri elmi tədqiqatlardan hesab edilir və çox aktualdır. Ərazidə müasir iqlim xusisiyyətlərinin təhlili məqsədilə işğaldan azad edilən müxtəlif məntəqələrdə hər bir meteoroloji parametrin, atmosfer hadisələrinin paylanma qanunauyğunluqları statistik olaraq təhlil edilir. Buna nümunə olaraq Füzuli məntəqəsinin işğaldan əvvəlki dövrü üçün əldə edilən temperatur və rütubət məlumatları əsasında ərazinin temperatur və rütubət rejimləri statistik olaraq təhlil edilmişdir.
Nəşr edilən (çapa təqdim edilən) elmi məqalələr və tezislər:
1. N.Ş. Hüseynov, Ü.F. Bayramova “Gəncə beynəlxalq hava limanında külək rejiminin təhlili” (Təbiət və Elm jurnalı, 2020, №12/61.);
2. N.Ş. Hüseynov, Ü.F. Bayramova “Gəncə beynəlxalq hava limanında temperatur rejiminin təhlili” (Təbiət və Elm jurnalı, 2020, Humanitar və İctimai elmlər üzrə Beynəlxalq elmi konfrans);
3. N.Ş. Hüseynov, A.X. Hacıyev “Füzuli beynəlxalq hava limanının termik və rütubət rejiminin təhlili” mövzusunda elmi məqalə hazırlanmış və nəşrə təqdim edilmişdir;
4. N.Ş. Hüseynov, A.X. Hacıyev, R.G. Mürsəlov “Heydər Əliyev Beynəlxalq aeroportunda müasir iqlim dəyişmələri fonunda hava temperaturunun və emissiyaların dinamikasının təhlili” mövzusunda elmi məqalə hazırlanmış və nəşrə təqdim edilmişdir;
5. N.Ş. Hüseynov, A.X. Hacıyev “Zəngilan hava limanında temperatur rejiminin təhlili” mövzusunda elmi məqalə çap üçün hazırlanmışdır.
Kafedrada 2020-2021 tədris ilində kafedra əməkdaşlarının aşağıda qeyd edilən elmi məqalələri və tezisləri nəşr edilmişdir:
Nəşr edilən metodiki vəsaitlər:
1. R.N. Mahmudov Turizm sənayesində risklər. Turizm və Menecment Universitetinin nəşri. Bakı, 2020., 16 s., Metodik vəsait;
2. R.N. Mahmudov Turizmdə elmi tədqiqat metodları. Turizm və Menecment Universitetinin nəşri. Bakı, 2020.,17 s., Metodik vəsait;
3. R.N. Mahmudov Azərbaycanın turizm destinasiyaları. Turizm və Menecment Universitetinin nəşri. Bakı, 2020.,14 s., Metodik vəsait;
4. R.N. Mahmudov Turizm sənayesində rəqabətlilik. Turizm və Menecment Universitetinin nəşri. Bakı, 2020., 12 s., Metodik vəsait;
5. Paşayev N.Ə. Türk Dünyasının coğrafiyası və etnosu. II cild İqtisadi və sosial coğrafiyası, Monoqrafiya. Bakı-2020, 340 səh. (N.H.Əyyubov, Z.N.Eminov, Z.T.İmrani, M.S.Həsənov və G.R.Ağakişiyeva ilə müştərək);
6. N.Ə.Paşayev.Türk dünyasının coğrafiyası və etnosu, III cild. Monoqrafiya. Bakı-2020, 378 s. (N.H.Əyyubov, Z.N.Eminov, Z.T.İmrani, M.C.İsmayılov və başqaları ilə müştərək);
Nəşr edilən elmi məqalələr və tezislər:
1. Huseynov N.Sh., Bashirova A.A. Aero-synoptic analysis of convective processes over Absheron Peninsula / International Modern Scientific Research Congress. Turkey, Istanbul: 2021, p. 43;
2. R.N. Mahmudov. Azərbaycanın su obyektlərində suyun çirklənmə səviyyəsinin tədqiqi. Cografiya və Təbii Resursalar jurnalı, №2, Bakı, 2020, s. 32-37;
3. R.N. Mahmudov. Azərbaycanda müasir iqlim dəyişmələrinin hidrometeoroloji şəraitə təsiri. Lənkəran Dövlət Universiteti, Elmi Xəbərlər jurnalı, Lənkəran 2020, s. 63-70;
4. Махмудов Р.Н., Агаев З.Б., Сулейманов М.Ф. Глобальное климатическое изменение и его региональные аспекты в Азербайджане. Вестник Международной Академии Наук Экологии и Безопасности Жизнидеятельности Т 26, №2, 63-69, Санкт-Петербург, 2021г;
5. Мahmudov R.N.,Suleymanov M.F. Global climate change and its regional impacts in Azerbaijan.Международная научно-техническая конференция-«Современные проблемы охраны окружающей среды»,Тбилиси,21-24 июлья,2021г;
6. Сафаров С.Г., Сафаров Э.С., Гусейнов Дж. С., Исмайылова Н.Н. Современные изменения атмосферных осадков на Каспийском побережье Азербайджана // Океанологические исследования, Москва, 2020, Том 48, № 1, С. 27–44. DOI: 10.29006/1564–2291.JOR–
2020.48(1).2;
7. Mammadov R.M., Rasouli A.A., Safarov S.H., Safarov E.S. Visualizing the lightning flashes over the Republic of Azerbaijan by analyzing the lightning imaging sensor data // ANAS Transactions, Earth Sciences 1 / 2021, 93-105; DOI: 10.33677/ggianas20210100058 );
8. Paşayev N.Ə. Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda taxılçılığın yüksəklik qurşaqları üzrə təşkili və müasir vəziyyəti. Coğrafiya və təbii resurslar, №1 (13), Bakı-2021, səh.73-79 (A.A. Abbasova ilə müştərək);
9. Səfərov S.H., Hüseynov C.S., Quliyev Z.G. Kür dağarası çökəkliyi vilayətində yağıntı rejiminin uzunmüddətli dəyişmələri //Coğrafiya və təbii resusrslar jurnalının, №1 (13), 2021;
10. Paşayev N.Ə. Şəki rayonunun sənaye sahələri və onun ərazi təşkili. Coğrafiya və təbii resurslar, №1 (11), Bakı-2020, səh.49-53 (N.B.Ərtünovla müştərək).
İqlim dəyişmləri fonunda kafedranın professoru c.e.d. R.N. Mahmudov “İqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” mövzusunda elmi tədqiqatlar üzrərində əhəmiyyətli araşdırmalarla elmi fəaliyyətini davam etdirmişdir. Professor R.N. Mahmudov İqlim dəyişmələrinin çayların rejiminə təsiri mövzusuna dair elmi tədqiqatlar aparmışdır. Elmi tədqiqatların nəticəsi olaraq professor iqlim dəyişmələrinin çayların rejiminə təsirinin qiymətləndirilməsinin mümkün proqnoz senarilərinin hazırlanmasını qarşıya
məqsəd kimi qoymuşdur. R.N. Mahmudov elmi işin bu istiqaməti üzrə araşdırmalarda kafedranın fəal tələbələri, gənc müəllmlər, doktorantlar və magistrantlarla sıx əməkdaşlıq edir və onların elmi işlər üzərində fəaliyyətlərinə əhəmiyyətli stimul verir. Emi iş üzrə bir neçə müştərək elmi məqalə və tezislər çap edilmişdir:
Nəşr olunan elmi məqalələr və tezislər:
1. R.N. Mahmudov. Azərbaycanda müasir iqlim dəyişmələrinin hidrometeoroloji şəraitə təsiri. Lənkəran Dövlət Universiteti, Elmi Xəbərlər jurnalı, Lənkəran 2020, s. 63-70.
2. Махмудов Р.Н., Агаев З.Б., Сулейманов М.Ф. Глобальное климатическое изменение и его региональные аспекты в Азербайджане. Вестник Международной Академии Наук Экологии и Безопасности Жизнидеятельности Т 26, №2, 63-69, Санкт-Петербург, 2021г.
3. Мahmudov R.N.,Suleymanov M.F. Global climate change and its regional impacts in Azerbaijan.Международная научно-техническаяконференция-
«Современные проблемы охраны окружающей среды»,Тбилиси,21-24 июлья,2021г.
4. R.N. Mahmudov, Ü.F. Bayramova Gəncə beynəlxalq hava limanında külək rejiminin təhlili” (Təbiət və Elm jurnalı, 2020, №12/61.)
5. R.N. Mahmudov, Ü.F. Bayramova Gəncə beynəlxalq hava limanında temperatur rejiminin təhlili” (Təbiət və Elm jurnalı), 2020.
Kafedranın dosenti S.H. Səfərov “Xəzər dənizinin hidrometeoroloji parametrlərinin uzunmüddətli dəyişmələri (reanaliz məlumatlarına əsasən)” mövzusunda elmi tədqiqatlar aparır. Hazırda müxtəlif reanaliz məlumatları bazalarından (NOAA, NASA, GİOVANNİ və s.) müvafiq məlumatların toplanması davam edir və məlumatların analizinə başlanılmışdır. Elmi işin icraçıları AMEA-nın Coğrafiya İnstitutunun doktorantları Hüseynov Camal Surxay oğlu, doktorant Quliyev Zakir Gülhacı oğlu və MAA-nın “Aviasiya meteorologiyası” kafedrasının M1120a qrup magistrantı Əsədzadə Kənan Ziyafət oğlu elmi nailiyyətləri birlikdə mənimsəyirlər.
Elmi işin əsas mahiyyəti çox aktual olan reanaliz (meteoroloji peyk və termohidrodinamik model) məlumatlarına əsasən Xəzər dənizinin bütün akvatoriyası üzrə (Şimali Xəzər, Orta Xəzər və Cənubi Xəzər) meteoroloji elementləri çoxillik dəyişmə tendensiyasını müəyyənləşdirməkdir.
Tədqiqatların ilkin araşdırmalarına əsasən Xəzər dənizi səthi üzərində havanın temperaturunun son 30 ildə 0,7-0.8 dərəcə artması aşkar edilmişdir. Hazırda bu istiqamətdə tədqiqatlar davam etdirilir.
Elmi iş üzrə nəşr olunan elmi məqalələr:
1. Сафаров С.Г., Сафаров Э.С., Гусейнов Дж. С., Исмайылова Н.Н. Современные изменения атмосферных осадков на Каспийском побережье Азербайджана // Океанологические исследования, Москва,
2020, Том 48, № 1, С. 27–44. DOI: 10.29006/1564–2291.JOR–
2020.48(1).2.
2. Mammadov R.M., Rasouli A.A., Safarov S.H., Safarov E.S. Visualizing the lightning flashes over the Republic of Azerbaijan by analyzing the lightning imaging sensor data // ANAS Transactions, Earth Sciences 1 / 2021, 93-105; DOI: 10.33677/ggianas20210100058 ).
3. Səfərov S.H., Hüseynov C.S., Quliyev Z.G. Kür dağarası çökəkliyi vilayətində yağıntı rejiminin uzunmüddətli dəyişmələri //Coğrafiya və təbii resusrslar jurnalının, №1 (13), 2021.
“Aviasiya meteorologiyası” kafedrasında təhsil alan doktorantlar və dissertantlar hidrometeorologiyanın, aviasiya meteorologiyasının əsas və prioritet elmi istiqamətləri üzrə elmi işlərini ugurla davam etdirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeorologiya Elmi Tədqiqatlar İnstitutunun dissertantı, baş laborant, saat hesabı müəllimi M.F. Süleymanov “Gəncə-Qazax bölgəsində meteoroloji parametrlərin paylanma qanunauygunluqları və onların uçuşlara təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini yekunlaşdırmaq üzrədir və elmi işin ilkin müzakirəsi təşkil edilmiş və nəticələr müsbətdir. Dissertantın dissertasiya işinin elmi mahiyyəti Gəncə-Qazax bölgəsində güclü küləklərin, külək sürüşmələrinin, dumanların, ildırım-dolu və buzlaşma proseslərinin fiziki-statistik təhlilindən, onların paylanma qanunauyğunluqlarının, həmçinin uçuşlara təsirinin qiymətləndirilməsindən ibarətdir. M.F. Süleymanovun elmi işinin əsas nəticələri aşağıdakılardan ibarətdir:
1. Ərazi üzrə tədqiq edilən məntəqələrdə müşahidə edilən hakim küləklərin istiqamətləri o cümlədən, küləyin orta sürətinin dinamikası və külək sürüşmə hadisələri təhlil edilərək müvafiq tövsiyyələr hazırlanmışdır. Aparılan təhlillərdən aydın olur ki, 1961-2014-cü illər ərzində Gədəbəy istisna olmaqla digər məntəqələrdə küləyin orta sürət göstəricisində azalma müəyyən edilmişdir.
2. Ərazidə konvektiv proseslərlə əlaqədar olan, hadisələrin dinamikası qiymətləndirilmişdir. İldırımlı günlərin orta statistik göstəricilərinə əsasən onların il ərzində təkrarlanması Agstafada 68 gün, Daşkəsəndə 72 gün, Şəmkirdə 68 gün, Gədəbəydə 86 gün, Gəncədə 48 gün, Göygöl-kurortda isə 66 gün olduğu aşkarlanmışdır. Aparılan təhlillərdən aydın olur ki, 1981-2014-cü illər ərzində ildırımlı günlərin dinamikası artmışdır. Dolu düşən günlərin orta göstəricilərinin maksimumu 2.9 gün olmaqla Gədəbəydə, minimumu isə 0.5 gün Gəncədə müşahidə edilmişdir. Agstafa və Göygöl-kurort məntəqələri istisna olmaqla, digər məntəqələrdə dolu düşən günlərin sayı artmışdır.
3. Ərazidə müvafiq məntəqələr üzrə, dumanların paylanması 1981-2014-cü illərin statistik göstəriciləri əsasında təhlil edilmişdir. Çoxillik dinamika əsasında, dumanlı günlərin sayı və davamiyyətində bütün məntəqələr üzrə azalma aşkarlanmışdır. Dumanlı günlərin orta çoxillik qiyməti Agstafada 34 (gün),
Daşkəsəndə (138.3) gün, Şəmkirdə 24.8 (gün), Gədəbəydə 21 (gün), Gəncədə 25.4 (gün), Göygöl-kurortda isə 87.4 gün təşkil edir.
4. Yuxarı eşelonlarda uçuş marşrutları üzrə, təhlükəli hava təzahürlərindən olan buzlaşmanın HG-nə təsiri təhlil edilmişdir. Müxtəlif izotermlər səviyyələrində (0,-10,-20,-300C) buzlaşmanın mümkünlüyü və sərhədləri təyin edilmişdir.
Dissertant M.F. Süleymanov 2020-2021-ci il ərzində elmi işi üzrə aşağıdakı elmi məqalələri və tezisləri nəşr etdirmişdir:
1. Мahmudov R.N.,Suleymanov M.F. Global climate change and its regional impacts in Azerbaijan.Международная научно-техническая конференция-
«Современные проблемы охраны окружающей среды»,Тбилиси,21-24 июлья,2021г.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidmeteorologiya Elmi Tədqiqatlar İnstitutunun dissertantı, saat hesabı müəllim A. Ağayeva ““Konvektiv buludluluğun aerosinoptik yaranma şəraitinin tədqiqi və proqnoz metodlarının işlənməsi” mövzusunda dissertasiya işi üzərində elmi araşdırmalarını davam etdirir. Dissertasiya işinin mövzusunun əsas mahiyyəti konveksiyanın formalaşmasının əsas fiziki və sinoptik şəraitləri və ildırımlı atmosfer şəraitinin müasir metodlarla diaqnozunun və proqnozunun qiymətləndirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının hava məkanında təhlükəli atmosfer hadisələrinin baş vermə səbəblərinin təhlili, onların proqnozlaşdırılması və bu baxımdan da proqnoz üsullarının düzgün seçilməsi, həmin hadisələrə təsir edən fiziki-sinoptik amillərin müəyyənləşməsi çox vacib məsələlərdəndir. Dissertant bir çox yerli və xarici ədəbiyyatlardan istifadə edilərək, atmosferdə konveksiyanın formalaşmasının əsas fiziki-sinoptik şəraitlərini, topa-yağış buludlarının yaranmasının müasir təhlili və ildırımlı atmosfer şəraitinin qiymətləndirilməsinin müasir metodları ətraflı araşdırmışdır. O, həmçinin, Bakı və Abşeron yarımadasında 2015-2020-ci illər üzrə hava kütlələrinin təkrarlanması və bu zaman müşahidə olunan atmosfer hadisələrini təhlil etmişdir. Aparılan təhlil zamanı Heydər Əliyev beynəlxalq hava limanı üzrə müntəzəm hava məlumatlarından, yerüstü hava xəritələri, 700 və 500hPa səviyyələrinə uyğun yüksəklik hava xəritələri, aeroloji diaqram və s. aerosinoptik məlumatlardan istifadə edilmişdir.
Topa-yağış buludları və onunla əlaqədar atmosfer hadisələrinin öyrənilməsinin əhəmiyyətini nəzərə alaraq, Heydər Əliyev beynəlxalq hava limanı ərazisində 2000-2020-ci illərin arxiv hava məlumatları əsasında topa-yağış buludlarının və bu buludlarla əlaqədar olan ildırım və digər atmosfer hadisələrinin aylar və illər üzrə paylanması, təkrarlanması hallarının statistik təhlili yerinə yetirilmişdir.
Dissertasiya işində 2015-2021-ci illər ərzində baş vermiş ən güclü konvektiv proseslərin aerosinoptik materialların köməyilə kompleks təhlili həyata keçirilmişdir.
Atmosferin dayanıqsızlığını müəyyən etmək və ildırımın proqnozlaşdırılması üçün müasir indekslər öyrənilmiş və onların Heydər Əliyev beynəlxalq hava limanı üçün ödənişliyi müəyyən edilmişdir.
Model məlumatları arxiv formasında saxlandığına görə kifayət qədər məlumatları analiz etmək zərurəti meydana çıxır. Məlumatları dəqiq emal etmək isə yalnız avtomatik qaydada mümkündür. Bu məqsədlə, c# (C sharp) proqramlaşdırma dilindən istifadə etməklə, müvafiq proqram təminatı yaradılmışdır. Proqram indeksləri hesablamaq üçün bizə lazım olan meteoroloji parametrləri internet üzərindən seçir və excel formasına yerləşdirir. Hazırlanmış proqramın tətbiqi nəticəsində indekslərin aeroloji diaqramlarda əlavə olaraq işlənməsinə ehtiyac qalmır. Proqramdan istifadə proqnozların operativliyinin artırılmasına və vaxta qənaət etməyə imkan verir ki, bu da sinoptiklər üçün əlavə köməkçi vasitə rolunu oynayır. Bu isə elmi tədqiqatin praktik əhəmiyyətini ifadə edir.
İldırımın proqnozlaşdırılması üçün hazırlanılmış proqram, 05.09.2019-cu il tarixindən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanı “Azəraeronaviqasiya” HHİ-nin Aviasiya Meteoroloji Mərkəzində ildırımın proqnozlaşdırılmasında geniş tətbiq olunur, effektiv və yüksək ödənişlikli nəticələr verir.
Dissertant A.A. Ağayeva 2020-2021 tədris ili ərzində elmi işi üzrə aşağıdakı elmi məqləni nəşr etdirmişdir:
1. Huseynov N.Sh., Bashirova A.A. Aero-synoptic analysis of convective processes over Absheron Peninsula / International Modern Scientific Research Congress. Turkey, Istanbul: 2021, p. 43.
Milli Aviasiya Akademiyasının “Aviasiya meteorologiyası” kafedrasının dissertantı, baş müəllim R.G. Mürsəlov ən müasir və son dərəcə aktual olan ekoloji aspektdə “Hava limanları ərazisində aviasiya emissiyasının ətraf mühitə yayılmasının hesablanması” mövzusunda dissertasiya işi üzərində elmi araşdırmalarını davam etdirir. Dissertantın elmi işinin əsas mahiyyəti hava nəqliyyatı sektorunda ətraf mühitə zərər verə biləcək məsələlərin kompleks araşdırılmasını, mümkün zərərlərin qiymətləndirilməsini aparmaq, bu zərərlərin minimuma endirilməsi və yaşıl texnologiyaların, o cümlədən, alternativ enerjinin tətbiqinə dair elmi əsaslanmış təkliflər vermək, həll yolları göstərməkdən ibarətdir.
Dissertant hal-hazırda elmi işində hava Limanları üzrə zərərli tullantı məhsullarının nəticələrinin ətraf mühitə və iqlim göstəricilərinə təsirlərini təhliletmişdir. Bunun üçün o, respublika ərazisində yerləşən beynəlxalq hava limanlarının meteoroloji arxiv məlumatları əsasında, onların dövrü (sutkalıq, fəsli və illik) dəyişmələrinin təhlilini aparmış və onların emissiyaların miqdarı ilə
əlaqəsini araşdırmışdır. Həmçinin hava temperaturunun emissiyanın miqdarına təsirləri istiqamətində də zəruri işlər, təhlillər yerinə yetirmişdir.
Kafedranın 2011-2021 –ci illər ərzində elmi-pedaqoji, təşkilati-metodik işlərinin yekun hesabatından aydın olur ki, kafedranın professor-müəllim heyəti, ümumilikdə kafedra hidrometeorologiya, aviasiya meteorologiyası və iqlimşünaslıq istiqamətləri üzrə bir çox elmi işlər, tədqiqatlar, araşdırmalar aparmış və bu sahədə üzərinə düşən öhdəlikləri, cavabdehlikləri yerinə yetirməyi bacarmışdır.
Kafedrada gələcək elmi fəaliyyətin davamlı inkişafının təmin edilməsi, yeni texnoloji bilik, bacarıq və vərdişlərin öynənilməsi, mənimsənilməsi və onların operativ praktikada tətbiqi ən prioritet vəzifə hesab edilmişdir və bundan sonra da inkişaf etdiriləcəkdir.
Perspektivlər
“Aviasiya meteorologiyası” kafedrasının elmi fəaliyyətinin gələcək perspektivlərinin əsas istiqamətləri üzrə aşağıda qeyd edilən elmi mövzuların qrant layihəsi şəklində işlənməsinə və bu sahələr üzrə tədqiqatların aparılmasına ciddi zərurət vardır:
1. Güclü atmosfer turbulentliyinin əmələ gəlməsinin aerosinoptik şəraitinin analizi və onun Abşeron yarımadası rayonunda proqnozlaşdırılması üzrə metodikanın işlənməsi;
2. Uçuşların meteoroloji təminatında müasir rəqəmsal proqnoz modellərinin tətbiqi;
3. Orta və yuxarı troposferdə uçuşların meteoroloji təminatının əsas aspektləri və onların müasir üsullarla qiymətləndirilməsi;
4. Ansambl proqnozlar sistemi (EPS) və müasir ssenarilərin işlənməsi.
5. Müasir iqlim dəyişmələri və adaptasiya problemləri;
6. Aviasiya üçün təhlükəli atmosfer hadisələrinin riyazi üsullarla təhlili və proqnoz metodlarının işlənməsi.